Haqqımızda

ŞİRKƏT HAQQINDA

“Bakı Taksi Xidməti” MMC Abşeron yarımadasında taksi fəaliyəti ilə məşğul olan bir qurumdur.
“Bakı Taksi Xidməti” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 Mart 2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeçiliyində təsis edilmişdir.
Cəmiyyətimiz Nəsimi rayonu, Moska prospekti 3007 ünvanında yerləşir (köhnə avtovağzal). Avtomobil parkı 500 (beş yüz) ədəd yeni London Taxi (TX4) modeli olan avtonəqliyyat vasitələri ilə təchiz olunmuşdur.

ETİBARLILIQ100%
KOMANDA RUHU100%
LİDERLİK100%

MİSSİYAMIZ

Yarandığı gündən müştəri məmnuniyyətini və etibarlı xidmət anlayışını əsas hədəf götürərək, sərmişinlərin taksi fəaliyyətindən daha sərfəli və rahat istifadə etməsini təmin etmək.

DƏYƏRLƏRİMİZ

ETİBARLILIQ – Sahib olduğumuz ən dəyərli xəzinə insanların etibarıdır.
KOMANDA RUHU – “El bir olsa dağ oynadar yerindən”.
LİDERLİK – Şəffaf fəaliyyət uğurunda mübarizə əsas öncəlikdir.

TARİFLƏR

1414 sifariş mərkəzi üçün tariflər

Pik vaxtı 08:00-10:00 və 17:00-20:00
0 – 3 km 3 AZN
3 – 10 km 0.70 AZN
10 km-dən artıq 0.40 AZN
Gözləmə 0.05 AZN
Qeyri-pik vaxtı 10:00-17:00, 20:00-08:00
0 – 3 km 3 AZN
3 – 20 km 0.50 AZN
20 km-dən artıq 0.40 AZN
Gözləmə 0.05 AZN

*Bazar günü bütünlüklə Qeyri Pik saatlar sayılır.

 

MÜŞTƏRİ QRUPLARI

“Bakı Taksi Xidməti” MMC-nin müştəriləri iki kategoriyaya bölünməsi nəzərdə tutulur: korporativ və fərdi müştərilər.

Korporativ Müştərilərə aşağıda qeyd olunmuş qurum və təşkilatlar aiddir:

  • Otellər;
  • Şirkətlər;
  • Ticarət mərkəzləri;

Bu müştəri qrupunun özəlliyi əsasən sərnişinlərin xüsusi spesifik istəkləridir. Bu müştərilər rahatlığa, xidmətin etibarlığına və keyfiyyətinə çox böyük diqqət yetirir. Sürücülərin xarici görünüşü, xarici dil bacarığının olması və sərnişinlərə xüsusi diqqət ayırması, bəzi məqamlarda yardım etməsi bu müştəri qrupu üçün çox önəmlidir. Korporativ müştərilər qrupu yüksək səviyyəli xidmət əldə etmək üçün və öz növbəsində öz müştərilərinin məmnun olması üçün əksər halda yüksək səviyyəli və etibarlı xidmət göstərən şirkətlər ilə əməkdaşlıq qurmağa meyillidirlər.

Fərdi Müştərilər siyahısı sadalanmış sərnişin qruplarını əhatə edir:

  • Sifariş mərkəzinə müraciət edən müştərilər (1414);
  • Qeyri sifariş (Təsadüfi) müştərilər.

Bunlar aşağıda göstərilən alt gruplara bölünür:

  • İş adamları;
  • Tələbələr;
  • Şəhər sakinləri;
  • Məktəblilər;
  • Turistlər;
  • Fiziki məhdudiyyətli müştərilər.

Bu müştəri qrupunun seçiminə təsir göstərən amillərdən ən önəmlisi xidmətdən sərfəli yararlanmaq imkanıdır. Ucuz xidmətə üstünlük versələr belə, eyni zamanda keyfiyyətin yüksək səviyyəsində olmasını önəmli bilirlər.

XİDMƏTLƏR

1414 ŞİKAYƏT MƏRKƏZİ

1414 Şikayət Mərkəzi müştərilərin «Bakı Taksi Xidməti» MMC-də  göstərilən xidmət barədə suallarının vaxt itirmədən, xidmət mərkəzlərinə getmədən operativ şəkildə cavablandırılması, onların göstərilən xidmətlər barədə məlumatlandırılması və bu sifarişlərin yerinə yetirilməsi barədə müraciət etmələri məqsədilə yaradılmışdır. Qeyd edək ki, Müştəri Xidmətləri Mərkəzi 7/24 rejimində fəaliyyət göstərir və sifarişlər və şikayətlər peşəkar operatorlar tərəfindən qeyd olunur. Sifarişlərin və şikayətlərin qeydiyyatı zamanı çeviklik, nəzakətlilik, professionallıq və fərdi yanaşma kimi meyarlara riayət olunur

Nəzərinizə çatdırmaq istərdik ki, “Bakı Taksi Xidməti” MMC-nin taksilərinin yerinin təyin olunması üçün onlar GPS qurğularla təmin edilib. Bu qurgular vasitəsilə müştərinin ünvanı tam dəqiqləşdirilir və yaxın olan sürücüyə onun yerləşdiyi məkan haqqında tam dolğun informasiya çatdırılır. Nəticədə, tətbiq etdiyimiz bu sistem vaxt itkisinə yol vermədən, operativ şəkildə müştərilərin sifarişlərini icra etməyə və onlara keyfiyyətli xidmət göstərməyə imkan yaradır. Digər tərəfdən bu vasitə ilə müştəri ilə sürücünün ünsiyyəti də minimuma endirilmiş olur.

Beləliklə, şəhərimizin sakinləri və qonaqları artıq həm mobil, həm də stasionar telefonlardan 1414 nömrəsinə zəng etməklə taksi sifariş edə bilərlər. Mobil nömrələrdən edilən zəng xidməti Pik və Qeyri Pik tariflərinə əsasən hesablanır. Statasionar nömrələrdən zənglər isə pulsuzdur.

1. Qadınlar üçün taksi xidmətləri.
  • Qadınlar üçün daha etibarlı və rahatdır;
  • Taksi xidmətlərinin təqdimində gender bərabərliyin qorunması;
  • Bazarda dini müştəri qrupunu da nəzərə alınması.
2. Aeroprtdan qarşılama xidməti.
  • Qonaqlarınızı etibarlı əllərə təslim edinə

BİZİMLƏ ƏLAQƏ